Kibertəhlükəsizlik üzrə təlim-tədris bloku
CyberEdu kibertəhlükəsizlik sahəsində kadr potensialını inkişaf etdirir.
Beynəlxalq standartlara uyğun hazırlıq
İsrailin Technion Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik üzrə beynəlxalq standartlara əsaslanan peşəkar hazırlıq proqramları həyata keçirilir.
Hər 6 aydan bir 60 iştirakçı üçün Red Team və Blue Team, kibertəhlükəsizlik mütəxəssisləri üçün isə Purple Team istiqamətləri üzrə təlimlər təşkil olunur. Tədris prosesi praktiki laboratoriyalar və real kibertəhlükəsizlik ssenariləri əsasında qurulur.
Eyni zamanda, iştirakçıların beynəlxalq kibertəhlükəsizlik yarışlarına hazırlanması üçün xüsusi proqramlar həyata keçirilir.
Proqramlar
Red Team
Hücum ssenarilərinin simulyasiyası, penetrasiya testləri və kibertəhlükəsizlik zəifliklərinin aşkarlanması.
Blue Team
Kiberhücumların aşkarlanması, təhlükəsizlik monitorinqi və insidentlərə operativ reaksiya.
Purple Team
Hücum və müdafiə yanaşmalarının inteqrasiyası əsasında kompleks kibertəhlükəsizlik bacarıqlarının inkişafı.
Yarışmalara hazırlıq
Beynəlxalq kibertəhlükəsizlik yarışlarında iştirak üçün praktiki hazırlıq və ixtisaslaşmış təlim proqramları.
Ekosistemə qoşulmaq istəyirsən?
Müraciət et→