Haqqımızda

Dayanıqlı kibertəhlükəsizlik ekosistemi inşa edirik

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərkibində fəaliyyət göstərir və ölkənin kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafına töhfə verir.

Missiyamız

Kibertəhlükəsizliyin gələcəyini formalaşdırırıq

Mərkəzin missiyası kibertəhlükəsizlik sahəsində qabaqcıl bilik və bacarıqlara malik peşəkarların yetişdirilməsi, insan kapitalının inkişafı və ölkənin rəqəmsal təhlükəsizlik potensialının gücləndirilməsidir.

Beynəlxalq təcrübə, innovativ tədris yanaşmaları və praktiki hazırlıq imkanlarını birləşdirərək, kibertəhlükəsizlik üzrə dayanıqlı və rəqabətqabiliyyətli kadr ekosisteminin formalaşmasına töhfə veririk.

Fəaliyyət istiqamətlərimiz

4 əsas istiqamət üzrə fəaliyyət göstəririk

Mərkəzin fəaliyyəti kibertəhlükəsizlik ekosisteminin inkişafını hərtərəfli dəstəkləyən dörd əsas istiqaməti əhatə edir:

  • CyberEdu — beynəlxalq standartlara uyğun tədris, praktiki hazırlıq və peşəkar kadrların yetişdirilməsi.
  • Beyin Mərkəzi — akademik potensialın inkişafı, tədris proqramlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi.
  • CyberPark — kibertəhlükəsizlik üzrə innovativ ideyaların, startapların və yeni texnoloji həllərin inkişafına dəstək.
  • CyberCollab — dövlət, özəl sektor, akademik mühit və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi və kibermaarifləndirmənin təşviqi.
İnfrastruktur

Müasir və innovativ təlim mühiti

Mərkəz kibertəhlükəsizlik üzrə praktiki tədris, simulyasiya və əməliyyat fəaliyyətlərinin həyata keçirilməsi üçün müasir və tam təchiz olunmuş infrastruktur təqdim edir.

  • Cyber Range

    Real hücum və müdafiə ssenarilərinin təhlükəsiz mühitdə canlandırıldığı poliqon.

  • NOC

    Şəbəkə və təhlükəsizlik əməliyyatlarının izlənildiyi mərkəz.

  • 6 kompüter sinfi

    Paralel dalğalar və praktiki məşğələlər üçün təchiz olunmuş siniflər.

  • İclas və istirahət otaqları

    Komanda işi, mentorluq və icma tədbirləri üçün məkanlar.